TÜRKPA-ya üzv dövlətlərdə yaşamaq icazəsi asanlaşdırılacaq
![](https://img.redaktor.az/news/2024/03/photo_233762.jpg?v=MDM6MjcyMDI0LTAzLTA0IDExOjMwOjIx)
TÜRKPA-ya üzv dövlətlərdə yaşamaq üçün icazə asanlaşdırılacaq.
Redaktor.az xəbər verir ki, bununla bağlı məsələ qurumun Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının Bakıda keçirilən 11-ci iclasının gündəliyinə daxil edilib.
Toplantıda “TÜRKPA üzv dövlətlərində yaşamaq üçün icazənin asanlaşdırılması haqqında” model qanunun hazırlanması barədə məsələ parlamentarilərin müzakirəsinə çıxarılacaq.