Azərbaycan Rusiyaya milyonlarla yumurta göndərdi

 20:26 04.03.2024     237

Fevralın 26-dan martın 3-dək olan müddətdə Azərbaycandan 2,7 milyon, Türkiyədən isə 633,6 min ədəd toyuq yumurtasının növbəti partiyaları Rusiyaya daxil olub. Beləliklə, ötən ilin sonundan ümumilikdə 28,5 milyon ədəd yumurta idxal edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

O da qeyd olunur ki, martın 4-nə Azərbaycan və Türkiyədən Rusiyaya 28,5 milyon ədəd süfrə yumurtası idxal edilib.

Azərbaycandan məhsullar üçün bazarın açılması barədə qərar ötən ilin noyabrında Rusiya hakimiyyəti tərəfindən verilib, tədarüklər dekabrın ikinci yarısında başlayıb. Türkiyədən gələn məhsullara tarif güzəştləri tətbiq edilir: Rusiya Nazirlər Kabineti yanvarın 1-dən iyunun 30-dək 1,2 milyard toyuq yumurtasının Rusiyaya rüsumsuz idxalına icazə verib.