Makronun İlham Əliyev qarşısında heç bir şansı yoxdur - Deputat

 11:37 05.03.2024     188

"Bu gün Makron İlham Əliyev qarşısında heç bir şansı olmadığı halda Ermənistanı silahlandırmaqla erməni məsələsini gündəmdə saxlamağa çalışır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin başqa səbəblərdən qaynaqlandığını bildirib:

"İndi isə üstümüzə iqlim bəhanəsi ilə gəlirlər. Əgər həqiqətən dərdləri bu olsaydı, hələ 10 il əvvəl belə çıxışlar edər, məsələlər qaldırardılar. Lakin bunun indi, COP29 Beynəlxalq İqlim Sammitinə hazırlıq müddətində baş verməsi diqqət çəkir.  Bu gün biz təbii sərvətlərə malik olmaqda günahlandırılırıq. Baxmayaraq ki, neft və qaz hasilatı ilə məşğul olan heç bir dövlət yaşıl enerji məsələsinə Azərbaycan qədər həssas yanaşmır".

Humay İSGƏNDƏRLİ