Parlament bu sazişi təsdiqlədi

 13:26 05.03.2024     157

Bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, layihə müzakirəyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu Forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır.

H.İSGƏNDƏRLİ