"Azərbaycan Qəzza zolağında gərginliyin azaldılması səylərini alqışlayır"
Azərbaycan Qəzza zolağında vəziyyətin gərgin olaraq davam etməsindən ciddi narahatdır.
Redaktor.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının martın 5-də Ciddədə keçirilən növbədənkənar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Qəzza zolağında gərginliyin azaldılması, vəziyyətin sabitləşdirilməsi, maneəsiz humanitar yardımın göstərilməsi və tərəflər arasında davamlı atəşkəsə nail olmaq üçün regional və beynəlxalq vasitəçilərin səylərini alqışlayır.
Nazir qeyd edib ki, günahsız insanların itkisinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyət birgə, razılaşdırılmış fəaliyyət göstərməlidir.