Ruslara bu ölkələrə getməmək tövsiyə olundu
Rusiya Xarici İşlər Nazirliyi Baltikyanı ölkələrin düşmənçiliyinə görə səfər etməməyi tövsiyə edib.
Redaktor.az "gazeta.ru"ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi rusların Baltikyanı ölkələrə səyahətdən çəkinməsi ilə bağlı daha əvvəl elan edilmiş tövsiyəni təsdiqləyib.
“Biz bir daha qeyd edirik ki, Litva və bütövlükdə bütün Baltikyanı ölkələr Rusiyaya qarşı son dərəcə düşmən statusunu möhkəm şəkildə təmin ediblər”, - deyə nazirlik bildirib.
Rusiya tərəfi Litvanın Rusiya nömrəli avtomobilləri müsadirə etmək niyyətini dövlət səviyyəsində kobud soyğunçuluq kimi qiymətləndirib
Həmidə İBRAHİMLİ