"Onlar Azərbaycana xeyirə gəlməzlər" - Deputatdan Mişustinin səfərinə REAKSİYA
"Onlar Azərbaycana xeyirə gəlməzlər. Rusiyada gərginlik var, iqtisadiyyatla əlaqədar, müəyyən mal ixracı ilə əlaqədar çatışmazlıqlar var. Onu müzakirə edirlər".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana səfərini şərh edərkən deyib.
"Sonra Qarabağda əlaqədar məsələləri, yəqin, müzakirə ediblər. O cümlədən Zəngəzur dəhlizi ilə məsələlər çoxdur. Bu iki dövlət müstəqil dövlətlərdir. Sazişimiz var. Onunla əlaqədar baş nazir gəlib, dövlət başçısı ilə görüşdü", - deyə deputat qeyd etdi.
Həmidə İBRAHİMLİ