Bəzi ölkə və təşkilatlar müsəlmanlara ögey övlad kimi yanaşır - Ərdoğan

 14:37 09.03.2024     371

Beynəlxalq sistem İslam dünyasını təcrid edir.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Elmi Yayma Vəqfinin 53-cü Baş Assambleyasında çıxışı zamanı deyib.

O bildirib ki, İkinci dünya müharibəsindən sonra müxtəlif ölkə və təşkilatlar müsəlmanlara ögey övlad kimi yanaşır.

R.T.Ərdoğan Türkiyənin həmişə müsəlmanların yanında olduğunu diqqətə çatdırıb.