İslamofobiya ilə mübarizə üzrə beynəlxalq konfransın iştirakçıları Şuşaya gəldilər

 13:01 10.03.2024     291

“Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşaya gəliblər.

Redaktor.az xəbər verir ki, Bakıda keçirilən iki günlük tədbirin sonunda qonaqların 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına səfəri təşkil olunub.

Qonaqlar burada Ermənistanın işğalı illərində mədəniyyət və dini abidələrin dağıdılmasının şəxsən şahidi olacaqlar.

Beynəlxalq konfransda 30-dan çox ölkədən 130 qonaq, o cümlədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, dini liderlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən yerli ekspertlər, dövlət rəsmiləri, liderlər iştirak edib.

Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.