"Dünya liderlərinin məhz Azərbaycanda toplanması olduqca qürurvericidir" - Vahid Əhmədov
Redaktor.az Milli Məclisin deputatı Vahid Əhmədovun müsahibəsini təqdim edir:
- Vahid müəllim, Azərbaycan hər il çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu tədbirləri özünəməxsus bacarıqla təşkil edir. Sizcə bu tədbirlərin ölkəmizdə təşkili hansı zərurətlıə bağlıdır və bu, bizə nə verir?
- Beynəlxalq tədbirlərin Azərbaycanda təşkili hər şeydən öncə ölkəmizə olan etimad və inamın, dövlət başçısı cənab İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzunun,ölkəmizdə olan siyasi sabitlik və təhlükəsizlik mühitinin göstəricisidir. Bu reallıq ondan xəbər verir ki, dünya dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın bu sahədəki təcrübəsinə inanır və bu təcrübəni yüksək qiymətləndirir.
Heç kimə sirr deyil ki, Azərbaycandan sonra beynəlxalq tədbirlərə ev sahibliyi edən dövlətlərin bir çoxu ölkəmizə müraciət edərək təşkilatçılıqla bağlı məsələlərdə onlarla köməklik göstərməyimizi xahiş edib, “Azərbaycan modeli”ndən faydalanmağa çalışıblar. Bu gün Azərbaycan bütün dünyada beynəlxalq təşkilatların təşkilində zəngin təcrübəyə malik azsaylı ölkələrdən biridir və bu sahədəki təcrübəsini hər yeni tədbirlə daha da inkişaf etdirir, zənginləşdirir.
Bu cür tədbirlərin ölkəmizdə təşkilinin dövlətimiz üçün bir çox müsbət nəticəsi mövcuddur. Bu nəticələrdən biri bütün dünyanın diqqətinin Azərbaycana, eyni zamanda Azərbaycan həqiqətlərinə yönəlməsidir. Ölkəmiz ev sahibliyi elədiyi tədbirlər fonunda öz həqiqətlərini də dünya ictimaiyyətinin diqqətinə çatdırır, beynəlxalq aləmdəki nüfuzunu sürətlə artırır. Bu tədbirlər beynəlxalq miqyasda siyasi-iqtisadi təşəbbüslərin Azərbaycanın əlində cəmləşməsinə, ölkəmizin yeni ideya və təşəbbüslərin “ixrac mərkəzi”nə çevrilməsinə səbəb olur.
Beynəlxalq tədbirlərin Azərbaycanda təşkilinin respublikamıza qazandırdığı iqtisadi səmərə də az deyil. Bu cür tədbirlər zamanı onlarla ölkədən Azərbaycana yüzlərlə dövlət yetkilisi gəlir ki, onlar səfər əsnasında ölkəmizdəki inkişafa şahid olur, onun iqtisadi gücü haqqında dolğun məlumatlar alırlar. Bu səfərlər zamanı ikitərəfli görüş və danışıqlar əsnasında iqtisadi əməkdaşlıqla bağlı müqavilə və sazişlər imzalanır ki, bu da çoxşaxəli iqtisadi əlaqələrə üstünlük verən dövlətimizin maraqlarına tamamilə uyğundur.
- Hazırda Azərbaycan COP29 (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) tədbirinə hazırlaşır. Mümkünsə bu tədbir və onun əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik.
- COP 29 adından da göründüyü kimi iqlim dəyişiklikləri və onun nəticələrinə həsr olunan, ekoloji mahiyyət daşıyan bir tədbirdir. Belə bir tədbirin keçirilməsi dünyada ekoloji vəziyyətlə bağlı yaranmış həssas vəziyyətlə bağlıdır.
Bildiyiniz kimi, müasir dünyamızda ekoloji vəziyyətin son bir neçə on ildə sürətlə pisləşməsi bütün planetdə ciddi çətinliklərin meydana çıxmasına, bəşəriyyətin sabahının sual altına düşməsinə səbəb olub. Torpaq örtüyü və su hövzələrinin çirklənməsi, havanın zəhərlənməsi, yaşıllıqların məhvi sağlam yaşam şərtlərinin kəskin pisləşməsinə səbəb olub. İqlim faktorundakı bu dəyişikliklər özünü sadəcə insan yaşayan ərazilərdə deyil, həm də uzaq Antarktidada, Arktikanın ən uzaq nöqtələrində də aydın bürizə verir. Belə olan halda bəşəriyyətin mövcud durumu birlikdə müzakirə etməsi, bu vəziyyətdən birlikdə çıxış yolları axtarması olduqca vacibdir. Bu baxımdan dünya liderlərinin məhz Azərbaycanda toplanması, çıxış yolunu ölkəmizdə araması olduqca qürurvericidir.
COP29-un Azərbaycanda keçirilməsinin digər bir səbəbi ölkəmizin ekoloji müstəvidə yürütdüyü effektiv siyasət, bu sahədə əldə etdiyi böyük uğurlardır. Məhz bu uğurlar Azərbaycanın belə bir konfrans üçün ən uyğun yer olduğunu göstərir.
- Ölkəmizin ekoloji müstəvidə əldə etdiyi bu uğurlar hansılardır?
- Azərbaycan son 10 ildə ekologiya sahəsində bütün dünyaya nümunə olacaq aydın proqram və prinsipial mövqe ortaya qoyub ki, bunlardan da biri yaşıllıqların artırılması, səhralaşma prosesinin qarşısının alınması, meşələrin bərpası və genişləndirilməsi ilə bağlıdır. Bundan başqa, minlərlə ağacdan ibarət nəhəng park və xiyabanların salınması, şəhərətrafı ərazilərdə olduğu kimi, şəhər daxilində də yaşıllıqların genişləndirilməsi dövlətimizin ekoloji siyasətinin tərkib hissəsidir. Hansı ki, biz bunu işğaldan azad edilən ərazilərin tismalında daha aydın müşahidə edirik.
Bir faktı qeyd edim ki, hələ 2020-ci ilin sonunda – Vətən müharibəsi bitər-bitməz Azərbaycan işğaldan azad edilmiş ərazilərdə ekologiyanın yaxşılaşması, təbiətin bərpası istiqamətində mühüm addımlar atmağa başlamışdır. Sonrakı dönəmlərdə bu proses işğaldan azad eidlən ərazilərin minalardan təmizlənməsi prosesi ilə paralel şəkildə həyata keçirilmişdir və bu gün də eyni qaydada davam edir. Nəticədə, azad olunmuş torpaqlarımızda yüz minlərlə ağac əkilmiş, ermənilər tərəfindən məhv edilən meşələrin bərpası istiqamətində iriqmiqyaslı işlər görülmüşdür. Laçın, Füzuli və digər rayonlarımızda nəhəng parklar, istirahət mərkəzləri salınmışdır ki, onların hər birində minlərlə ağac və kol əkilmişdir. Bütün bunlar Azərbaycanın ekologiyanın yaxşılaşmasına necə böyük önəm verdiyini göstərir.
Ölkəmizin bu sahədə əldə etdiyi uğurlardan biri isə ekoloji baxımdan təmiz enerji mənbələrindən istifadə ilə bağlıdır. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur Prezidentimiz tərəfindən “yaşıl enerji zonası” elan edilib. Burada enerji istehsalında bərpaolunan enerji növlərindən istifadə edilir ki, bu da təbiətin çirklənməsinin qarşısını alır, ekologiyanı qorumağa imkan verir.
Xatırladım ki, son iki il əzində Prezident İlham Əliyev Laçın və Kəlbəcərdə bir sıra SES-lərin açılışında iştirak etmiş, dövlətimizin yaşıl enerji siyasəti ilə bağlı mühüm açıqlamalar vermişdi. Hazırda həm işğaldan azad edilən ərazilərdə, həm də respublikamızın digər bölgələrində külək enerjisindən istifadə ilə bağlı da zəruri işlər görülməkdədir. Əminəm ki, biz yaxın vaxtlarda bu istiqamətdə də ciddi uğurlara şahid olacağıq.
- Vahid müəllim, martın 8-də Bakıda daha bir beynəlxalq tədbir - "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı və 10 mart tarixində tədbir iştirakçılarının Şuşa şəhərinə səfəri təşkil olundu. Bu konfransla bağlı düşüncənizi bilmək istərdik.
- Ölkəmizdə keçirilən bütün tədbirlər kimi bu tədbir də mühüm qlobal problemə - islamofobiyaya qarşı mübarizəyə həsr edilmişdi. Sevindiricidir ki, bu konfransda bri çox islam ölkəsi ilə yanaşı, xristian dövlətlərindən də nümayəndələr iştirak edirdi. Konfransada islamifobiya ilə yanaşı digər neqativ meyillər – diskrimiansiya, ksenofobiya və s. kimi hallar da sərt tənqid olundu, problemin nədən, hansı amillərdən qaynaqlandığı ilə bağlı səlis mükahizələr, inkaredilməz faktlar ortaya qoyuldu. Bu konfrans və burada müzakirə edilən məsələlər bir daha islamofobiyanın bəşəriyyət üçün necə böyük bəlaya çevrildiyini sübut etdi.
Yeri gəlmişkən qeyd edim ki, bu gün dünyada islamofobiyaya qarşı beynəlxalq miqyasda ən ciddi mübarizə aparan ölkələrdən biri, bəlkə də birincisi məhz Azərbaycandır. Bu cür mühüm konfransın məhz ölkəmizdə təşkili də respublikamızın bu problemlə mübarizəyə verdiyi töhfə kimi dəyərləndirilməlidir.
Qeyd etdiyiniz kimi, tədbir iştirakçıları daha sonra Şuşa şəhərinə səfər edərək burada həyata keçirilən nəhəng quruculuq işləri ilə tanış oldular. Onlar mətbuata verdikləri açıqlamalarda gördüklərindən heyrətə gəldiklərini etiraf etdilər, Azərbaycan xalqının qurub-yaratmaq əzmindən məmnunluqla danışdılar.
Bu, həm də Azərbaycan dövlətinin ayrılmaz bir parçası olan doğma Qarabağın, Şuşanın taixi-mədəni baxımdan qonaqlara təqdim edilməsi, tanıdılması idi. Onlar bu səfərlə qədim Azərbaycan mədəniyyəti, zəngin tarixmizlə tanış olmaq fürsəti əldə etdilər.
Hesab edirəm ki, gələckdə də bu ənənə davam etdirilməli, beynəlxalq tədbirlərlə əlaqədar ölkəmizə səfər edən qonaqların işğaldan azad edilən ərazilərə səfərləri təşkil olunmalıdır. Bu, erməni yalanlarına qarşı effektiv mübarizə olmaqla yanaşı, həm də Azərbaycan həqiqətlərinin təbiği baxımından faydalıdır.