COP29-un prezidenti İsveçin sessiyada nümayəndə heyətinin rəhbəri ilə müzakirələr apardı
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai İsveçin sessiyada nümayəndə heyətinin rəhbəri Matias Frumeri ilə görüş keçirib.
Redaktor.az bu barədə COP-29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsinə istinadən xəbər verir.
Danışıqlar zamanı tərəflər iqlim diplomatiyasının və təcili tədbirlərin görülməsinin vacibliyini qeyd ediblər.