Ermənistan Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxmasını rəsmən tələb edib - Peskov

 13:44 12.03.2024     233

Rusiya Ermənistandan sərhədçilərinin İrəvan hava limanında işini dayandırması barədə bildiriş alıb.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov brifinqdə bildirib.

“Moskva İrəvandan Rusiya sərhədçilərinin "Zvartnots" hava limanında işini dayandırması barədə rəsmi bildirişi alıb”, - Kreml nümayəndəsi söyləyib