Paşinyan Azərbaycanla sərhəddə Aİ missiyanın müddətinin uzadılmasını İSTƏYİR

 14:11 12.03.2024     304

İrəvan Azərbaycanla sərhəddə mülki müşahidə missiyasının daha iki il uzadılmasını Avropa İttifaqı ilə müzakirə etməyə hazırdır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Aİ ilə münasibətlərimiz çox aktivdir. Nə yaxşı ki, biz yox, Aİ bəyan edir ki, Ermənistanla əlaqələr heç vaxt bu qədər dərin və güclü olmayıb. Ümid edirəm ki, yaxın gələcəkdə bunu bir dəfə təsdiq edəcək qərarlar veriləcək. Məsələn, təhlükəsizlik sektorunda biz Aİ ilə Azərbaycanla sərhəddə mülki müşahidə missiyasının daha iki il uzadılmasını müzakirə etməyə hazırıq”, - Paşinyan mətbuat konfransı zamanı bildirib.

Turan İSMAYIL