Ceyhun Bayramov Bakıda həmkarları ilə GÖRÜŞƏCƏK
Martın 15-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək.
XİN-dən Redaktor.az-a verilən məlumata görə, üçtərəfli görüş çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.