Makron, Şolts və Tusk Berlində Ukrayna ilə bağlı görüş keçirəcək
Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk martın 15-də Berlində Almaniya kansleri Olaf Şols ilə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Nəşrin qeyd edib ki, günorta saatlarında fransız və alman siyasətçiləri ikitərəfli görüş keçirəcək, daha sonra Polşanın baş naziri onlara qoşulacaq.
Məlumata görə, görüşün məqsədi mediada ölkələr arasında fikir ayrılıqlarının artması ilə bağlı yayılan xəbərlər fonunda Ukrayna məsələsi üzərində liderlərin birliyini nümayiş etdirməkdir.
Qəzet yazır ki, sənədlərin imzalanması və ya konkret müqavilələrin elan edilməsi nəzərdə tutulmur.
Humay İSGƏNDƏRLİ