Cənubi Qafqazı münaqişələrdən azad etmək üçün səylər göstərməkdəyik - Hikmət Hacıyev

 13:13 14.03.2024     197

"Qafqazı münaqişələrdən azad etmək üçün səylər göstərməkdəyik".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XI Qlobal Bakı Forumunda “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən panel iclasında deyib.

“Biz postsovet məkanında bir sıra münaqişələrin alovlanmasına şahidlik etmişik. Cənubi Qafqazda toqquşmalar müşahidə etmişik. Biz Qarabağı azad etməklə Cənubi Qafqazda stabilliyi bərqərar etmiş oluruq. Biz həm də çalışırıq ki, bölgədə sülhün əldə olunmasında xidmətimizi əsirgəməyək”, - deyə o bildirib.