“Azərbaycanla bizi tarixi dostluq bağları birləşdirir”

 15:12 16.03.2024     174

Azərbaycan və Gürcüstanı tarixi dostluq bağları birləşdirir.

Redaktor.az-ın xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Respublikasının Baş nazir İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

“Əminəm ki, bu münasibətlər bundan sonra da eyni ruhda davam edəcək. Hazırda siyasi və digər səviyyədə yüksək dialoqumuz var. Məqsədimiz bu tərəfdaşlığı, əməkdaşlığı dərinləşdirməkdir”, – deyə Gürcüstanın Baş naziri bildirib.