İlham Əliyev Putinə ZƏNG ETDİ

 12:52 18.03.2024     279

Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev Vladimir Putini prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı iki ölkə arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.