NATO-nun baş katibi Paşinyanı tez bir zamanda Azərbaycanla sülh müqaviləsi imzalamağa ÇAĞIRDI
“Bu gün görüşümüzdə Cənubi Qafqazda stabilliyin vacibliyini müzakirə etdik. Biz daha təhlükəli dünya ilə üz-üzə qaldıqca, bu, Avro-Atlantikanın təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir”.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İrəvanda Ermənistanın Baş nazir Nikol Paşinyanla mətbuata birgə bəyanatında deyib.
O bildirib ki, illərlə davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanın dayanıqlı sülh əldə etmək fürsəti yaranıb.
“Ona görə də mən hər iki ölkəni münasibətlərin normallaşmasına yol açan və sizin xalqlarına dayanıqlı sülh gətirəcək müqaviləni tez bir zamanda imzalamağa çağırıram”, – Stoltenberq deyib.