Peter Mixalko Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi

 23:33 19.03.2024     351

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və xanımı Mira Mixalkova Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun Azərbaycandakı nümayəndəliyi sosial şəbəkə səhifəsində paylaşım edilib.

“Novruz özü ilə sülh, rifah və birlik gətirən oyanış zamanıdır. Ailələr bir araya gəlir, bayram süfrələri açılır. Bütün Azərbaycan xalqının Novruz bayramını təbrik edirik! Novruz bayramınız mübarək!”, - paylaşımda deyilir.