"Ermənistan hakimiyyəti ölkəni türk vilayətinə çevirməyə çalışır" - Petrosyan
Ermənistan hakimiyyəti Rusiyanı geri çəkib, ölkəni türk vilayətinə çevirməyə çalışır.
Redaktor.az xəbər verir ki, bunu "news.am"ın müxbiri ilə söhbətində Ermənistanın ədliyyə general-mayoru Tatul Petrosyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qərbin marionetkasına çevrilmək üçün hər şeyi edir, bunun üçün Türkiyə regionda həlledici rol oynayır.
“Rus sərhədçiləri Ermənistanı tərk edən kimi türklər deyəcəklər ki, yeni sərhəd çəkmək lazımdır, çünki Sovet İttifaqı yoxdur, ona görə də Ermənistanın əvvəlki sərhədləri yoxdur. Paşinyan deyir ki, hələ də delimitasiya üçün xəritələr yoxdur. Onlar hər bir halda azərbaycanlılara uyğun olan xəritəni əsas götürəcəklər”.
Onun sözlərinə görə, hazırda Ermənistan ətrafında gedən proseslər təhlükəli nəticələrə gətirib çıxara bilər.
“Bunu dayandırmaq üçün hökumətin əleyhdarlarının səylərini birləşdirib, onları aradan götürməliyik. Bizim vaxtımız yoxdur”, - Petrosyan əlavə edib.
Turan İSMAYIL