Paşinyan AÇIQLADI: "Azərbaycanla sülh sazişinin prinsipləri razılaşdırılıb"

 16:39 27.03.2024     384

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb.

Redaktor.az "Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

O bildirib ki, bu prinsiplər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində razılaşdırılıb.

Görüş zamanı həmçinin Cənubi Qafqazdakı cari vəziyyət, o cümlədən regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub.