"Rusiya Bakının Kiyevi silahla təmin etməsi ilə bağlı məlumatları yoxlayır"

 20:17 27.03.2024     387

"Rusiya Bakının Kiyevi silahla təmin etməsi ilə bağlı bütün KİV-də yayılan məlumatları diqqətlə yoxlayır və Azərbaycanla müzakirə edir". 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, bütün bu cür hesabatlar bütün ölkələrlə çox diqqətlə müzakirə olunur.

“Bir daha vurğulamaq istərdim ki, biz bu məsələ ilə bağlı Azərbaycan tərəfi də daxil olmaqla, təbii olaraq, nəinki açıq şəkildə silah tədarükü elan edən, həm də silah tədarükünü həyata keçirən Qərb dövlətləri istisna olmaqla, bütün digər ölkələrlə sıx təmasdayıq. Bununla fəxr edirəm”, - Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Yusif EYVAZLI