“Xankəndidə qalan ermənilər Azərbaycan qanunlarını qəbul ediblər" - Deputat

 11:28 29.03.2024     354

"Dünən məlumat yayıldı ki, Ombudsman Səbinə Əliyeva Xankəndi sakinləri ilə görüşdü".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.

O əlavə edib ki, növbəti dəfə Azərbaycanın mövqeyi ortadadır:

“Xankəndidə müəyyən sayda erməni vətəndaş qalmaqdadır. Onlar Azərbaycan qanunlarını qəbul edərək, orada yaşayırlar. Ombdusmanın bu addımını Fransaya, Fransanın Prezidenti Makrona yönəldirəm. Onlar Azərbaycan əleyhinə danışırdı, erməni işğalçılığını dəstəkləyirdi. Bir neçə gün öncə Fransa qəzeti belə bir məlumat yazmışdı ki, “Fransa erməniləri müdafiə edir, amma nəticəsi yoxdur”. Bəli nəticəsi yoxdur”.

Humay İSGƏNDƏRLİ