Paşinyan istefa verəcək - KİV
Ermənistanın baş naziri Nikol Paşinyan istefa vermək qərarına gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ermənistanın işğalı altında olan 8 kəndlə bağlı tələblərini qətiləşdirdiyinə görə, Paşinyan istefa vermək qərarına gəlib.
Qeyd olunub ki, məsələ Baş nazirin partiyasının təcili iclasında müzakirə olunub.
Nəşrin yazdığına görə, növbədənkənar parlament seçkiləri sentyabrın 10-da keçiriləcək.