Ermənistan parlamentində delimitasiya ilə bağlı iclas keçiriləcək

 12:27 02.04.2024     300

Ermənistan Parlamentinin növbədənkənar iclası çağırılıb.

Redaktor.az news.am-a istinadən xəbər verir ki, bu təşəbbüslə müxalifətdə olan “Ermənistan” bloku və “Şərəfim var” fraksiyasından olan deputatlar çıxış edib.

Aprelin ilk ongünlüyündən sonra keçiriləcək iclasda baş nazirin müavini Mqer Qriqoryanın və xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesinin gedişatı ilə bağlı hesabatları dinləniləcək.