Bu ölkənin prezidenti Azərbayacana gəldi

 16:35 03.04.2024     239

Konqo Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycana rəsmi səfərə gəlib.

Redaktor.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Deni Sassu-Nqessonu Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.