"Unutmasınlar ki, can Azərbaycan heç vaxt yalnız deyil” - Çavuşoğludan XƏBƏRDARLIQ

 11:48 04.04.2024     361

"Türk milləti olaraq hər zaman Azərbaycanın yanındayıq".

Redaktor.az xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

“Qarabağ müharibəsi zamanı da qardaş ölkənin yanındaydıq. İndi sülh məsələsi istiqamətində də yanındayıq. Bunu Ararat Mirzoanla görüşdə də demişəm”, - o əlavə edib.

Çavuşoğlu deyib ki, başda Fransa olmaqla, bəzi ölkələr Ermənistanı əks istiqamətə yönəldir.

Biz bunu dəfələrlə Fransız nümayəndələrinə demişik. Ermənistanı başqa yolla dəstəkləməyə çalışmasınlar. Unutmasınlar ki, can Azərbaycan heç vaxt yalnız deyil”, - millət vəkili bildirib.

Çavuşoğlu deyib ki, Şuşa Bəyannaməsinə əsasən Türkiyə Azərbaycana hər cür dəstəyi verəcək.

"Ermənistana bu gün silah dəstəyinin edilməsi həm Ermənistana, həm də bölgəyə heç bir fayda vəd etmir. Bunun əvəzinə mütləq surətdə sülh təşviq edilməlidir", - o vurğulayıb.