![](https://img.redaktor.az/projects/photo_7.jpg?v=MTM6MDkyMDI0LTAzLTE2IDE0OjExOjQ3)
Azərbaycan COP29-a çox ciddi hazırlaşır - Prezident
![](https://img.redaktor.az/news/2024/04/photo_236781.jpg)
Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu COP29 tədbirində iştiraka dəvət edib.
Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev konqolu həmkarı ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.