"Regionumuzda qarşıdurmanın güclənməsinə gətirib çıxaracaq" - Sarqsyan sabahkı görüşdən DANIŞDI

 17:42 04.04.2024     405

"Fərqli geosiyasi vəziyyət şəraitində belə bir görüş Ermənistan Respublikası üçün faydalı ola bilər. Amma indi Qərblə Rusiya arasında belə bir qarşıdurma olanda, belə bir görüş sözsüz ki, regionumuzda o qarşıdurmanın güclənməsinə gətirib çıxaracaq. Bəzi şayiələr gəzir, mən onların etibarlılığını təsdiq edə bilmirəm, Ermənistana pul veriləcək, amma məncə, Ermənistanın həmin görüşdən gözləntisi Aİ və ABŞ-dən Ermənistanın suveren ərazisinin bərpasına kömək istəməsi olmalıdır".

Redaktor.az "hraparak.am"a istinadən xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sarqsyan jurnalistlərlə söhbətində baş nazir Nikol Paşinyan, Ursula fon der Leyen və Entoni Blinkenin iştirakı ilə sabah keçiriləcək görüşə toxunarkən deyib.

“Biz əsir və girovlarımızın azad edilməsini tələb etməliyik. Onlardan "Artsax" ermənilərinin hüquqlarının bərpasına kömək etmələri xahiş edilməlidir, ABŞ və Aİ isə Ermənistan hökmdarından tələb etməlidir ki, Ermənistanda əsl demokratiya bərqərar olsun”, - deyə Sarqsyan yekunlaşdırıb.

Turan İSMAYIL