"Bütün məsuliyyət Ermənistan və onun havadarlarının üzərinə düşür” - Deputat

 11:12 05.04.2024     295

“Bu gün Brüsseldə bildiyimiz kimi üçtərəfli görüş keçiriləcək”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

“Bu görüşün regiondakı prosesə ciddi təsir edəcəyi məlumdur. Görüşlə bağlı cənab Prezidentə olan zənglərin mənası İlham Əliyevin nüfuzuna olan böyük hörmətdir, onunla hesablaşırlar. İlham Əliyev prinsipal şəkildə qeyd etdi ki, bizi narahat edən odur ki, Ermənistana hərbi dəstəyin verilməsi, hərbi təlimlərin keçirilməsi və şərti sərhəddə hərbi infrastukurun qurulması regiona sülh gətirmir. Bu hal çox ciddi təhlükəsizlik proseslərinə təsir edəcək. Əgər bundan sonra regionda proseslər baş versə, bütün məsuliyyət Ermənistan və onun havadarlarının üzərinə düşür”.

Humay İSGƏNDƏRLİ