"Niyə Amerikadakı səfirliyi bombalamırsız?” - Siyavuş Novruzov

 11:29 05.04.2024     546

"Məni narahat edən bu proseslərdə İranın susqunluğudur". 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“İran İslam Respublikasının susqunluğu məni narahat edir. İran niyə susur? 44 günlük müharibədə sərhədə öz hərbi qüvvələrini yığmışdı. Deyirdi ki, Zəngəzura daxil olmaq olmaz, bu, İranın sərhədinin pozulmasıdır. İran parlamentində deputatlardan biri durub deyir ki, Azərbaycandakı İsrail səfirliyini bombalamalıyıq. Birincisi səfirliyi bombalamaq beynəlxalq hüququn pozulmasıdır. İkincisi İsrailin bir çox ölkədə səfirliyi var. Niyə Amerikadakı səfirliyi bombalamırsız?” - deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ