"Burada məqsəd Rusiya üçün yeni bir cəbhə açmaqdır"
"Brüsseldə görüşün tarixi elan edildikdən sonra, bizdə, Ermənistanda və Rusiyada vahiməli yazılar getdi”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Fəzail İbrahimli deyib.
“Məqsəd Cənubi Qafqazda yerləşməkdirsə, Azərbaycanla münasibət normal olmalıdır. Görüşdən narahat olmamlıyıq. Çünki Ermənistan Azərbaycanın forpostudur ki, Azərbaycan bu qədər narahat olur? Ermənistan Rusiyanın forpostudur. Burada məqsəd Rusiya üçün yeni bir cəbhə açmaqdır. Ukrayna-Rusiya müharibəsində heç biri qalib gəlmədi. Ermənistan dövlətini Rusiya yaradıb, buna görə də əlindən çıxarmaq istəyirlər. Fikirlər sadəcə vahiməlidir. Türkiyə amili var, Şuşa Bəyənnaməsi. Türkiyə də NATO birliyinin üzvüdür. Bu görüşdə müsbət nəticə olmayacaq. Hər hansı müsahibədə xalqa müsbət emosiya ötürmək lazımdır”, - deyə o bildirib.
Humay İSGƏNDƏRLİ