Vüqar Gülməmmədov Milli Məclisdə hesabat VERƏCƏK

 12:45 05.04.2024     292

Milli Məclisdə “Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında” hesabatının müzakirəyə çıxarılacağı vaxt müəyyənləşib.

Redaktor.az xəbər verir ki, hesabat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçiriləcək iclasında müzakirə olunacaq.

Toplantıya Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, qurumun rəsmiləri və deputatlar qatılacaq.

Sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.