"Aİ Ermənistanı dəstəkləmək üçün ABŞ ilə səylərini birləşdirəcək" - Jozep Borrell
Brüssel bütün ölçülərdə əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün Ermənistanla səyləri birləşdirməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bunu Brüsseldə Aİ-ABŞ-Ermənistan formatında keçirilən Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.
“Biz səylərimizi birləşdirmək istəyirik, məhz bu barədə xarici işlər naziri Ararat Mirzoyanla Aİ-Ermənistan tərəfdaşlığının səviyyəsini tərəfdaşlığımız çərçivəsində mümkün olan ən yüksək səviyyəyə qaldırmaq barədə razılığa gəldik. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu tərəfdaşlıq proqramını dəstəkləməyə dair Ermənistan üçün əhəmiyyətli bir tədbirlər paketi elan edib”, - o vurğulayıb.