Sərdar Cəlaloğlunun partiyasına ofis verildi
Aprelin 8-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Demokrat Partiyasına ofis sahəsi təqdim edilib.
Bu barədə Redaktor.az-a Xidmət tərəfindən məlumat verilib.
Bildirilib ki, partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar.
Qeyd edək ki, sözügedən partiyaya Sərdar Cəlaloğlu rəhbərlik edir.