Ermənistan parlamenti Azərbaycanla sərhədin delimitasiyasını müzakirə edəcək

 11:51 09.04.2024     280

Ermənistan parlamenti müxalifət partiyalarının fraksiyalarının təşəbbüsü ilə bu gün Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası məsələsini müzakirə edəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan bildirib.

“Sessiyanın gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələrin aparılması məsələsi daxildir”, - o deyib.

“Ermənistan” fraksiyası məlumat verib ki, bu məsələnin müzakirəsi hakim “Mülki müqavilə” partiyasının tələbi ilə bağlı qapalı keçiriləcək. Məruzəçilər baş nazirin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan olacaq.