"Delimitasiyanın Tavuş vilayətindən başlanması ilə bağlı konsensus yoxdur" - Mqer Qriqoryan
"Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyasına Bakının 4 kəndi geri qaytarmaq iddiasında olduğu Tavuş bölgəsindən başlamaqla bağlı hələlik konsensus əldə etməyiblər".
Redaktor.az xəbər verir ki, bu barədə delimitasiya komissiyasının Ermənistan tərəfinin həmsədri, baş nazirin müavini Mher Qriqoryan brifinqdə bildirib.
"Bu hissədən delimitasiyaya başlamaq qərarı yalnız qalan fundamental məsələlər üzrə konsensus olduqda qəbul edilə bilər" - deyən erməni siyasətçi əlavə edib ki, təhlükəsizlik, sosial-məişət, hüquqi prinsiplər üzrə yekun qərarlar qəbul olunmayana kimi delimitasiyanın başlanması ilə bağlı danışıqlar aparıla bilməz.
T.İSMAYIL