Paşinyan Almaniya kansleri ilə Azərbaycanla danışıqları müzakirə etdi

 17:08 09.04.2024     409

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə məlumat verib.

Söhbətin əsas mövzularından biri Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi olub.

Bu kontekstdə Ermənistanın baş naziri bəyan edib ki, İrəvan Praqa, Brüssel və Qranada görüşlərində irəli sürülən prinsipləri əsas götürərək qərarlar qəbul etməyə hazırdır.

Paşinyan bu prinsipləri təhrif etmək cəhdlərini qəbuledilməz adlandırıb.

Tərəflər həmçinin Ermənistan və Avropa İttifaqı, eləcə də İrəvan və Berlin arasında münasibətlərlə bağlı məsələləri müzakirə ediblər.

Paşinyan Almaniya kanslerine demokratiyanın inkişafı və əlaqələrin möhkəmləndirilməsində göstərdiyi köməyə görə təşəkkür edib.

T.İSMAYIL