"Rusiya erməni cəmiyyətini qorxutmağa çalışır"

 15:44 13.04.2024     386

"Rusiya mediası var gücüylə təbliğat aparır ki, Rusiyadan uzaqlaşmağa çalışan Ermənistan Azərbaycan və Türkiyənin əsarəti altına düşəcək".

Redaktor.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sosial şəbəkədə paylaşımında qeyd edib.

Onun sözlərinə görə, ruslar bu yolla erməni cəmiyyətini qorxutmağa çalışırlar.

"Paşinyanı satqınlıqda ittiham edən Rusiya mediası və Kreml təbliğatçılarının əslində qorxusu başqadır. Onlar anlayırlar ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa müvəffəq olarsa, bu Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını azaldacaq. Bu baş verməsin deyə, erməni cəmiyyəti üçün qorxu sseenariləri yazır və təbliğatını aparırlar. Halbuki, Ermnistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması, sülh sazişini imzalaması regional əməkdaşlığa yol açacaq ki, bundan hamı faydalanacaq. Rusiyada isə keçmiş illərdə olduğu kimi düşüncə tərzi dəyişməyib, qonşu bölgələrə daima hakim olmalıdırlar. Bunlar keçmişdə qaldı, Cənubi Qafqaz, o cümlədən Mərkəzi Asiya fərqli yola üstünlük verir",- deyə politoloq qeyd edib.

Sultan AYXAN