Paşinyanın Rusiya düşmənçiliyi “Qırmızı xətt”ə çatdı - Putinin andiçməsinə getməsə...

 13:41 15.04.2024     258

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminə qatılmaqdan imtina etsə, bu, düşmənçiliyin pik həddi olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr bildirir ki, növbəti anti-Rusiya addımını planlaşdıran Paşinyan hələ Putinin mayda Moskvada keçiriləcək andiçmə mərasimində iştirakla bağlı qərar verməyib:

“Həmçinin Ermənistan tərəfinin Avrasiya İqtisadi Birliyinin yubiley sammitində iştirakla bağlı qərarı da yoxdur. Paşinyanın özü ötən günlərdə jurnalistlərə bildirib ki, bu qərarın qəbulu müxtəlif və bir çox hallardan asılıdır. Əslində, bu, Qərbin təzyiqindən asılıdır.

Paşinyan nəyin bahasına olur-olsun Rusiya ilə əlaqələri kəsməyə məcburdur. Digər yandan, erməni tərəfinin bu davranışları anlaşılmazdır. Əvvəlcə KTMT, daha sonra MDB-dən narazılığını bildirən Paşinyan söyəyir ki, bu baxımdan problem görmürlər, məsələn, Avrasiya İqtisadi Birliyinin verdiyi imtiyazlardan tam yararlanırlar.