Fransa Azərbaycandakı səfirini geri ÇAĞIRDI

 23:51 16.04.2024     298

Fransa Azərbaycandakı səfirini geri çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”, - məlumatda vurğulanır.

Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomatı qəbul etdiyi bildirilir.