Fransalı diplomatlar bu ölkədən QOVULDU
Burkina-Faso Xarici İşlər Nazirliyi üç fransız diplomatı təxribatçı fəaliyyətinə görə “persona non-grata” elan edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
Qeyd edilib ki, Fransanın bu ölkədəki səfirliyinin üç diplomatı yaxın 48 saat ərzində Burkina-Faso ərazisini tərk etməlidir: “Üç diplomatdan ikisi siyasi məsləhətçi olub”.
Xatırladaq ki, ötən ilin dekabrında Burkina-Fasoda diplomatik pasportlara malik dörd Fransa vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılıb.