"Qərb Ermənistanı regionda yanğın törətmək üçün alətə çevirir" - Zaxarova

 13:59 18.04.2024     417

Qərb Ermənistana yalnız regionda yeni böyük yanğını alovlandırmaq üçün alət rolunu verir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Qərbdə Cənubi Qafqazda sülhün qayğısına qalmaq haqqında nə qədər gözəl sözlər desələr də, Ermənistana yalnız ABŞ və Aİ-nin yeni böyük yanğını yandırmaq istədiyi alət rolu verilir”, - o deyib.

Turan İSMAYIL