"Fransa Afrikadan “müstəmləkə vergisi” olaraq illik 400-500 milyard dollar qazanc əldə edir"

 16:07 18.04.2024     275

Son dörd ildə Azərbaycanın xarici siyasətində xüsusi bir xətt - müasir müstəmləkəçilik əleyhinə hərəkatın önündə getmək kursu alqışa layiqdir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə dünyada, yerləşdiyimiz Cənubi Qafqaz regionunda, o cümlədən, tarixən konfliktlər məkanı olan Qarabağda son 200 ildə qurulan geosiyasi monopoliyanı, məğlubiyyət status-kvosunu iflasa uğratdı.

“Tarixi müstəmləkəçilikdən ibarət olan, lakin kral və hökmdarlarını da gilyotinaya çəkən Fransanın son 30 illik müxtəlif diplomatik-siyasi pərdələrlə örtülən siyasəti indi açıq səhnəyə çıxıb. 2020-ci ilin 25 noyabrında Fransa Senatı Qarabağdakı qondarma dövləti, artıq mövcud olmayan siyasi rejimi tanıyan qətnaməsinin davamı olaraq Senatın 15 noyabr 2022-ci il tarixində, “Azərbaycana qarşı sanksiya çağırışı” ölkəmiz əleyhinə hibrid müharibə kampaniyası idi”, - o deyib.

Z.Oruc vurğulayıb ki, Fransanın Avropa Parlamenti, Avropa Şurası, Avropa məhkəməsi, BMT Ədalət Mhkəməsi, Lemkin institutu, beynəlxalq media və digər mexanizmlər vasitəsilə Cənubi Qafqazda yenidən mənzillənmək cəhdləri, Ermənistandan alət kimi faydalanmaq planıdır və təəssüf ki, tarixi İrəvan şəhəri onun müstəmləkə siyasətinə tabe etdirilib.

O hesab edir ki, Fransanın qanunverici hakimiyyətinin bütövlükdə Azərbaycan əleyhinə olması başda Makron olmaqla hökümətin və müxalifətin mahiyyətcə bir qüvvə olduğunu, fərləqnmədiklərini-sümürgən imperalist mövqeyində olduqlarını göstərdi.

“Fransa təkcə Afrikadakı 14 keçmiş müstəmləkə ölkəsindən “müstəmləkə vergisi” olaraq illik təxminən, 400-500 milyard dollar qazanc əldə edir. Bu ölkələr Benin, Burkina Faso, Kot d`İvuar, Qvineya, Mali, Niger, Seneqal, Toqo, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo, Ekvatorial Qvineya və Qabondur. Onlar öz illik gəlirlərinin 85%-ni Fransa Bankına köçürməyə məcburdular. Geri qalan 15%-ni isə öz daxili ehtiyacları üçün xərcləyirlər. Sonra Fransa Xəzinəsindən borclanırlar. Yelisey etirazçı hökumətləri dərhal devirir, belə ki, son 50 ildə 26 Afrika ölkəsində 67 çevriliş hadisəsi baş verib”, - deyə Z.Oruc bildirib.