Yeni Kaledoniya Fransa tərəfindən bloklanmış vəziyyətdədir - Senatın üzvü

 16:51 18.04.2024     269

Biz getdikcə öz dəyərlərimizi, mənsubiyyətimizi itiririk. Yeni Kaledoniya Fransa tərəfindən bloklanmış vəziyyətdədir.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək" mövzusuna həsr edilmiş konfransda Yeni Kaledoniya Senatının üzvü Ludovik Bula deyib.

O qeyd edib ki, Yeni Kaledoniya öz dəyərlərini gələcək nəsillərə ötürməlidir.

"Biz çalışırıq ki, öz dəyərlərimizi, mənsubiyyətimizi gələcək nəsillərə ötürək, gənclərimizə dəstək verək, lakin bizim çox resurslarımız yoxdur. Bizə dəstək göstərdiyinə görə Azərbaycana təşəkkür edirik. Bizim Azərbaycana səfərimiz çox səmərəli oldu. Azərbaycan dünyaya nümunə olacaq bir ölkədir", - deyə o əlavə edilib.