"Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır" - Lavrov

 15:24 19.04.2024     201

Ermənistan Azərbaycanla münasibətlərin tənzimlənməsi ilə bağlı qeyri-ardıcıl siyasət yürüdür.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mediaya müsahibəsində deyib.

S.Lavrov, 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında balanslaşdırılmış irəliləyişi təmin etdiyini vurğulayıb. Əlavə edib ki, bu, bütün kommunikasiyaların bərpasına töhfə verib, lakin Qərb prosesə müdaxilə etməyə çalışır:

“İrəvanda 2022-ci ildə keçirilən sammitdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın sərhədlərini qorumaq üçün əlavə silahların verilməsinə dair sənədi razılaşdırıb, bu faktdır. Erməni nazirləri də daxil olmaqla bütün nazirlər bunu təsdiqlədilər. Lakin baş nazir Nikol Paşinyan sammitin açılış mərasimində dedi ki, konsensus baş tutmayıb”.

O qeyd edib ki, İrəvan Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesində iştirakına, eləcə də Qarabağda yerləşən sülhməramlı korpusun roluna ədalətsiz yanaşır:

"KTMT-nin məsuliyyət zonasını təyin etməli olduğunu söyləməzdən əvvəl Ermənistanın sərhədlərini müəyyənləşdirmək, delimitasiyanı başa çatdırmaq lazımdır. Hazırda da Ermənistan rəhbərliyi bununla fəal şəkildə məşğul olur”.