İlham Əliyev Rusiyaya səfər edəcək

 16:39 19.04.2024     328

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur Magistralının (BAM) veteranları ilə görüşəcəklər (report).