Azərbaycan Prezidenti Almaniya Kansleri ilə görüşəcək

 16:46 19.04.2024     353

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Steffen Hebenstreit jurnalistlərə açıqlamasında bildirib.

"İkitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik siyasəti, o cümlədən iqtisadi və enerji məsələləri müzakirə olunacaq", - o qeyd edib (report).