Qazaxın 4 kəndinin qaytarılması RAZILAŞDIRILDI

 17:15 19.04.2024     544

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə səkkizinci iclas Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın iclası keçirilib.

Redaktor.az xəbər verir ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər əvvəllər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Bağanıs (RA) - Bağanıs Ayırım (AR), Voskepar (RA) - Aşağı Əskipara (AR) Kirants (RA) - Xeyrımlı (AR) və Berkaber (RA) - Qızılqacılı (MR) yaşayış məntəqələri arasında birbaşa keçməsi barədə razılığa gəliblər.